22 İyun, 2016
Bəhreyn xalqı Ayətullah İsa Qasimin vətəndaşlığının ləğvinə etirazlarını davam etdirir (Foto)

BMT-nin İnsan hüquqları üzrə ali komissar idarəsinin mətbuat katibi Ravina Şamdasani Cenevrədəki brifinqdə bir bəyanatla çıxış edib - Bəhreynin məşhur şiə dini lideri ayətullah İsa Qasimini krallıq vətəndaşlığından məhrumetmə qərarı beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə qanunsuzdur.

Bəhreyn xalqının Ali Xəlifə rejiminin Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğvinə etiraz əlaməti olaraq etiraz aksiyaları davam edir.

Ahlibeyt.az-ın Maide.az-a istinadən xəbər verir ki,  artıq 3 gündür ki, Bəheynin müxtəlif şəhərlərində o cümlədən  Musalla,Ali,Deraz və digər bölgələrində insanlar mitinqlər edərək Bəhreyn rejiminin siyasi fəallara qarşı represiyalarını dayandırmağa çağırıblar.

KİV-lərin məlumatına görə,  Ali Xəlifə rejim  qüvvələri mitinq iştirakçılarına bəzi bölgələrdə  güc tətbiq edib.  İnsanların mitinqini dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə olunub.

Etirazçıların bir qısmı gecəni səhərə kimi Şeyx Qasimin  evinin önündə  oturaq edib və sübh namazını camaatla  evin önündə qılıblar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5371.html