|
Komitə sədrindən qeydiyyata alınmış dini icmaların ümumi sayı ilə bağlı açıqlama"2015-ci ildə Azərbaycanda 52 dini icma dövlət qeydiyyatına alınıb. Onların 49-u İslam, 3-ü qeyri-islam dini təmayüllü dini icmadır". Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Komitənin 2015-ci il üzrə illik hesabatında qeyd edib. Komitə sədri vurğulayıb ki, qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb ki, onlardan da 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür: "Qeyri-islam dini icmalardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai, 1-i isə krişna şüuru dini icmasıdır". M.Qurbanlı bildirib ki, ötən il 19-u qeyri-islam, 68-i isə İslam dini icması olmaqla 87 dini icmaya maliyyə vəsaiti ayrılıb. Onun sözlərinə görə, dinşünaslıq ekspertizası sahəsində il ərzində hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan dini mağazalara baxışların keçirilməsi davam etdirilib, razılıq alınmadan ölkəyə gətirilən və ya ölkədə çap olunan zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb. M.Qurbanlı vurğulayıb ki, ötən ildə ümumilikdə idxalla bağlı Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb.
Komirə sədri əlavə edib ki, ölkədə nəşr olunması məqsədilə ekspertizaya təqdim edilmiş 187 adda dini ədəbiyyata baxılaraq, onlardan 5-nin çapı məqsədəuyğun sayılmayıb. M.Qurbanlı xatırladıb ki, ötən il Dövlət Komitəsi bir ilkə imza ataraq respublikada ilk dəfə gözdən əlillər üçün Qurani-Kərimin Brayl əlifbası ilə Azərbaycan dilində tərcüməsini və çapını həyata keçirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2016 12:07 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |