|
• Dünyadaİranın müdafiə naziri: "Tehran Suriyada zəmanətli həqiqi atəşkəsin olmasının tərəfdarıdır"Tehranda Iran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib -Tehranda keçirilən görüşdə terrorçuluqla mübarizə yolları müzakirə olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa-nın Tehran bürosunun məlumatında bilidrilir. Görüşün sonunda İranın müdafiə naziri Hüseyn Dehqan deyib ki, İran Suriyada terrorçuların nəfəs dərməsi üçün atəşkəs deyil, zəmanətli həqiqi atəşkəsin olmasının tərəfdarıdır: “İran Suriya, İraq və Yəməndəki böhranların həlli yolunu terrorçulara qarşı ciddi mübarizədə, terrorçuluğun tamamilə məhv olunmasını təmin edəcək terrorçuların maddi və siyasi dəstəyinin qarşısını almaqda görür. Bundan başqa İran həmin ölkələrin xalqlarının istəyi ilə öz taleyini təyin etmək üçün dinc və sabit şəraitin yaradılmasının tərəfdarıdır”. “Regionda sabitliyin təmin olunması üçün hərtərəfli atəşkəsin əldə olunması gərəkdir, humanitar yardımlar üçün imkan yaradılmalı, eyni zamanda, terrorçuları təchiz olunmasının qarşısı alınmalıdır”, - deyə İranın müdafiə naziri qeyd edib. H. Dehqan deyib ki, Tehranda keçirilən görüşdə terrorçuluğa qarşı ciddi, tez və hərtərəfli addımların atılması üçün qərarlar qəbul olunub: “Suriya daxilindəki qruplar və hərəkatlardan istəyirik ki, ağıllı olsunlar, Suriya xalqının istəyi əsasında bu ölkənin qanuni hökuməti ilə dinc danışıqlara başlasınlar. Birlikdə çalışmaqla sülh və sabitliyin təmini və terrorçuluq təhlükəsini məhv etmək istiqamətində iş görsünlər”. O, İran, Rusiya və Suriyanın birgə əməkdaşlığı nəticəsində bölgə üçün təhlükə yaradan planların pozulması üçün strateji qərarlar qəbul olunacağına və bölgə xalqları üçün sabitlik yaranacağına ümidvar olduğunu bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2016 11:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |