|
|
Saatlı rayon Varxankənd “Cümə” məscidində iftar süfrəsi təşkil olunubSaatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasına ayrılmış vəsait hesabına kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib.İftar süfrəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə məsləhətçisi Elvin İbrahimov, Saatlı rayon Varxankənd“Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov, Saatlı rayon Qrayevkənd “Cümə” məscdinin imamı İsmayıl Calalov, Saatlı rayon Varxankənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əsədov Eyvaz, Saatlı rayon Varxankənd Ə.Şüküroğlu adına tam orta məktəbin direktoru Lətif Şimşəkov, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalı və gənclər iştirak ediblər. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlanan tədbiri giriş sözü ilə Saatlı rayon Varxankənd“Cümə” məscidi dini icmasının sədri Yadigar Aslanov açaraq, mübarək Ramazan ayında Azərbaycan dövlətinin dindar vətəndaşlarımıza bu cür yüksək səviyyədə diqqət və qayğı göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Saatlı rayon Qarayevkənd “Cümə” məscdinin imamı İsmayıl Calalov Mübarək Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani-Kərimin məhz bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə məsləhətçisi Elvin İbrahimov çıxışında dindarların ibadəti üçün hər cür şəraitin yaradıldığını, dövlətin dinə diqqət və qayğısını qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2016 12:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |