إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu ayda "Quran"oxumaq Həzrət Məhəmmədə(s) salavat çevirməyin xüsusi fəzilətləri

“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56)

Mübarək Ramazan ayı çox bərəkətli, fəzilətli bir aydır. O, ibadət edərək, ruhu saflaşdırmaq, dua etmək, gecələr oyaq qalmaq, nəfsi təkmilləşdirmək ayıdır. Bu ayda edilən ibadət sair aylardakı ibadətlərdən bir neçə qat artıq savaba malikdir. Hətta mö’minin yuxusu və nəfəs çəkməyi belə, ibadət savabına malikdir. Bu ayda behişt qapıları mö’minlərin üzünə açılır, cəhənnəm qapıları isə bağlanır. Allahın mələkləri camaatı daim Allaha ibadətə çağırır. Xüsusilə, səhər çağları və “Qədr” gecələri. Belə ki, o gecəni oyaq qalıb ibadət etmək min aylıq ibadətdən fəzilətlidir.

İslam peyğəmbəri buyurur:

- Ey insanlar! Allahın (Ramazan) ayı bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə doğru gəlmişdir. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saat və anlardır.

- Hər kəs bu ayda mənə çoxlu salavat göndərərsə, Allah əməl tərəzilərinin yüngül olduğu bir gündə onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Qur ’ an oxusa,sair aylarda bütöv bir Qur ’ an oxuyanın savabını qazanar .

İmam Rızadan (ə) belə nəql edilir:

"Hər kim günahlarının kəffarə və əvəzini ödəməyə gücü çatmırsa, gərək Məhəmməd və Ali - Məhəmmədə çox salavat göndərsin. Həqiqətən, salavat günahları, sözün əls mənasında, bütünlüklə aradan aparır”.

Həzrət Peyğəmbərə (s) salavat göndərməyin onu göndərən üçün mənəvi fəzilətləri vardır, o cümlədən:

- Duanın qəbul olması üçün zəminə hazırlayar.

- Günahların bağışlanması üçün zəminə hazırlayar.

Bizim göndərdiyimiz salamlar, bizim yaradılışımızın paklığına, canımızın pakizə olmasına, bizim mənəvi inkişaf etməyimizə və günahlarımızın kəffarəsinə səbəb olar.

Həqiqətdə Peyğəmbərə (s) göndərdiyimiz salavat özümüzə qayıdar, mənəvi ruhumuzun ucalmasına və bizim İlahi Övliyalarla daha çox rabitəmizə səbəb olar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2016  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!