إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Le Figaro" qəzeti İmam Zamanı (ə) "Gizli İmam" kimi tərcümə edib

Fransanın “Le Figaro” qəzeti iranlı aktyor Şahab Hüseyninin çıxışını işıqlandırıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, nüfüzlu qəzet Kann film festivalında ən yaxşı kişi roluna görə mukafat alan aktyorun çıxışında işlətdiyi "İmam Zaman (ə)" sözünü "l`imam cache" (Gizli İmam) kimi tərcümə edib.

Xatırladaq ki, iranlı aktyor Şahab Hüseyni keçirdiyi mətbuat konfransında mükafat aldığı günün Nimeyi Şəban - İmam Mehdinin (ə) doğulduğu gecəyə təsadüf etməsini mübarək bir əlamət hesab etdiyini və öz mükafatını rəmzi olaraq İmam Zamana (ə) təqdim etdiyini bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2016  13:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!