
Fransanın “Le Figaro” qəzeti iranlı aktyor Şahab Hüseyninin çıxışını işıqlandırıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, nüfüzlu qəzet Kann film festivalında ən yaxşı kişi roluna görə mukafat alan aktyorun çıxışında işlətdiyi "İmam Zaman (ə)" sözünü "l`imam cache" (Gizli İmam) kimi tərcümə edib.
Xatırladaq ki, iranlı aktyor Şahab Hüseyni keçirdiyi mətbuat konfransında mükafat aldığı günün Nimeyi Şəban - İmam Mehdinin (ə) doğulduğu gecəyə təsadüf etməsini mübarək bir əlamət hesab etdiyini və öz mükafatını rəmzi olaraq İmam Zamana (ə) təqdim etdiyini bildirib.