|
Ucar Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icması maarifləndirici tədbir həyata keçiribİyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Ucar rayonunda “Məzhəblərarası tolerantlıq” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ucar şəhər “Cami” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, Ucar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov, Ucar şəhər “Cami” məscidinin axundu Elnur Rəhimov, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər. Çıxışlar zamanı ölkə başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi qeyd edilərək son dövrlər bu sahədə görülən işlərdən bəhs edilib. Eyni zamanda, çıxış edən natiqlər Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim edilməsini, məzhəblərarası tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2016 11:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |