|
|
“Sovetski”də məscidin sökülmə işləri dayandırıldıAzərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərini daytandırıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə virtualaz.org-a nazirliyin Abidələrin mühafizəsi və inkişafı Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.
“Bu məscidin sökülməsi ilə bağlı məlumatı əldə edən kimi mütəxəssislərimiz hadisə yerinə yollandı və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları ilə danışıqlardan sonra bu binanın sökülmə işləri dayandırıldı”, - o deyib.
Zakir Sultanovun sözlərinə əsasən, 1908-ci ildə tikilmiş Hacı Əbdülrəhimbəy məscidi səhvən reyestrə yaşayış evi kimi daxil edilib. Bu il Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı üzrə bina məscid kimi tarixi-mədəni əhəmiyyət kəsb edən və mühafizə edilən obyektlər siyahısına daxil edilmişdi.
Xatırladaq ki. bu günlərdə virtualaz.org “Sovetski”də aparılan söküntü işləri ilə bağlı bir neçə yazı dərc edib. Həmçinin sosial şəbəkələrdə şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə imza toplanması aksiyası keçirilir ki, bunu artıq ölkənin bir sıra ictimai xadimi dəstəkləyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2016 13:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |