إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsan qəzəbli halda Allahın adına and içərsə, andına əməl etməlidirmi?

İnsan qəzəbli halda Allahın adına bir işi görməyəcəyinə and içərsə, andına əməl etməlidirmi - Andını pozarsa, nə etməlidir?

Allahın adına and içmək insanın böynuna öhdəliklər qoyur. Bu andı pozan adam cəza olaraq ya 10 nəfər fəqiri yeməklə doyuzdurmalı, ya da 3 gün kəffarə orucu tutmalıdır.

Andın doğru sayılması üçün bəzi şərtlər tələb olunur ki, o şərtlər olmasa, and etibarsız sayılır. Məsələn, insan yetkinlik yaşına çatmış olmalı, halal mövzularda and içməli (yəni haram bir işi etməyə və ya vacib bir işdən uzaq olmağa and içmək olmaz),

Həmçinin Allahın adına and içməli, andını dilə gətirməli, imkanı çatan bir iş üçün and içməlidir. Qəzəbli halda və zarafatla and içmək də etibarlı deyil. Qəzəbli halda içilmiş anda əməl etmək vacib deyil və bu andı pozan adamın məsuliyyəti yoxdur.

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2016  15:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!