|
• DünyadaİŞİD-dən qorxulu Ramazan təlimatı"Qərbliləri öz evlərində cəzalandıracağıq"-Ramazan ayında Avropa və Amerikanı qana bulamağa hazırlaşan terrorçuların planının üstü açıldı.
Ahlibeyt.az-ın AnsPress-ə istinadla verdiyi məlumata görə, İŞİD terror təşkilatının rəsmi sözçüsü hesab edilən Əbu Məhəmməd Adnaninin 31 dəqiqəlik səs yazısı ortaya çıxıb.
O, müqəddəs ayda dünyanın iri şəhərlərində törədəcəkləri terror aktları ilə hər kəsi şoka salmağa hazırlaşdıqlarını deyir.
Terrorçu qərb ölkələrində olan terrorçulara müraciət edib və olduqları yerlərdə təsir qüvvələrini artırmaq təlimatını verib. 2013-cü ildən İŞİD-in sözçüsü olan Adnani terror qruplaşmasının bundan sorakı hədəflərindən də danışıb. “İmkanlarımız əl vermədiyi üçün aramıza qatılmaya bilərsiniz. Ancaq olduğunuz ölkələrdə daha böyükmiqyaslı aktlar gerçəkləşdirin. Onları qəlbindən vurun". O, indiyə qədər Suriya və İraqda üzərlərinə 20 mindən çox bomba atan qərbliləri öz evlərində cəzalandıracaqlarını deyib. Onun "İraq çöllərində də yaşaya bilərik" sözləri isə terrorçuların Suriyadan çıxa biləcəklərinə işarə kimi qiymətləndirilir. Qeyd edək ki,İŞİD terrorçuları Avropada son olaraq mart ayında Belçikanı qana bulayıblar. Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 40-a yaxın insan ölüb, yüzlərlə insan isə yaralanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2016 16:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |