
Terrorçu qərb ölkələrində olan terrorçulara müraciət edib və olduqları yerlərdə təsir qüvvələrini artırmaq təlimatını verib. 2013-cü ildən İŞİD-in sözçüsü olan Adnani terror qruplaşmasının bundan sorakı hədəflərindən də danışıb. “İmkanlarımız əl vermədiyi üçün aramıza qatılmaya bilərsiniz. Ancaq olduğunuz ölkələrdə daha böyükmiqyaslı aktlar gerçəkləşdirin. Onları qəlbindən vurun".
O, indiyə qədər Suriya və İraqda üzərlərinə 20 mindən çox bomba atan qərbliləri öz evlərində cəzalandıracaqlarını deyib.
Onun "İraq çöllərində də yaşaya bilərik" sözləri isə terrorçuların Suriyadan çıxa biləcəklərinə işarə kimi qiymətləndirilir.
Qeyd edək ki,İŞİD terrorçuları Avropada son olaraq mart ayında Belçikanı qana bulayıblar. Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 40-a yaxın insan ölüb, yüzlərlə insan isə yaralanıb.