إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Pentaqon “Taliban” liderinin məhv edildiyini ehtimal edir

Taliban” Hərəkatının  yüksək vəzifəli komandiri Molla Abdul Rauf ABŞ-ın aviazərbəsi nəticəsində "Taliban" lideri Molla Mənsurun öldüyünü təsdiqləyib.

“Taliban” terror təşkilatının lideri Molla Əhtər Mənsur  ABŞ hərbçilərinin endirdiyi  hava hücumunun hədəfi olub.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Əməliyyat Əfqanıstanın Pakistanla həmsərhəd ucqar bölgəsində keçirilib. Bu barədə Pentaqonun açıqlamasında bildrilir.

Pentaqon nümayəndəsi bildirib ki, pilotsuz təyyarələrin zərbələri nəticəsində Mənsurun məhv edildiyi ehtimal olunur.

Məmur qeyd edib ki, ABŞ prezidenti Barak Obama əməliyyat barədə məlumatlıdır və şəxsən hava zərbəsinin endirilməsinə razılıq verib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2016  11:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!