
Taliban” Hərəkatının yüksək vəzifəli komandiri Molla Abdul Rauf ABŞ-ın aviazərbəsi nəticəsində "Taliban" lideri Molla Mənsurun öldüyünü təsdiqləyib.
“Taliban” terror təşkilatının lideri Molla Əhtər Mənsur ABŞ hərbçilərinin endirdiyi hava hücumunun hədəfi olub.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Əməliyyat Əfqanıstanın Pakistanla həmsərhəd ucqar bölgəsində keçirilib. Bu barədə Pentaqonun açıqlamasında bildrilir.
Pentaqon nümayəndəsi bildirib ki, pilotsuz təyyarələrin zərbələri nəticəsində Mənsurun məhv edildiyi ehtimal olunur.
Məmur qeyd edib ki, ABŞ prezidenti Barak Obama əməliyyat barədə məlumatlıdır və şəxsən hava zərbəsinin endirilməsinə razılıq verib.