|
• Mənəviyyat • Şaban ayıBu gecə mübarək "Nimeyi-Şaban" daxil olur- gecənin fəzilət və əməlləriQəməri təqvimi ilə Şəban ayının ən fəzilətli vaxtı “Nimeyi-Şəban”dır. Şaban ayının 15-ci gecəsi və günü (Nimeyi-Şəban) xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib.Bu gecə dindən çıxmışlardan,böhtançılardan, şərab içənlərdən, aqqivalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...» İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki,öz dərgahından əli boş qaytarmayacaqdır". Tövsiyyə olunur ki,bu gecə gecə insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), ilahi övliyaları ziyarət edə. Bu gecəyə digər özəllik verən dövrümüzün imamı Həzrət Mehdinin(ə.f) mövlududur. Miladi 878-ci ildə hazırkı Samirə(İraq) şəhərində dünyanın xilaskarı anadan olmuşdu.Bu gecənin əməlləri savabla yanaşı insana həyat fəlsəfəsini aşılayır. Bu gecə əhya saxlayan şəxs yaxşıdır ki, İmam Hüseyni(ə) sonra isə İmam Mehdini(ə) uzaqdan ziyarət etsin, salamlasın.İnsan həyatı boyu gərək ayıq yaşasın, özünün və cəmiyyətin islahı, rifahı üçün çalışsın ki, İmam Mehdinin(ə.f) zühüru yaxınlaşsın və dünyada sülh, əmin-amanlıq bərqərar olsun.Nə qədər ki, insanlar özlərini düşünür, dünyada ədalət hakim ola bilməz. İnsan dua edərkən, ilk öncə başqalarının rifahını istəməlidir, başqalarını özündən daha çox düşünməlidir. Şaban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır. Onların bəzisini nəzərinizə çatdırırıq: 1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar. 2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq. 3.Kumeyl duasını oxumaq 4. İmam Hüseyn (ə)-ın ziyarəti: Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar. İmam Hüseyni(ə) ziyarət etmək üçün açıq havada imkan daxilində hündür bir yerə qalxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti(ə) ziyarət etmək lazımdır: «Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh». Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar. 5. Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Ya sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar. 6. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hər biri 100 dəfə) Cəfər Təyyarın namazını qılmaq. Bu gecənin digər xüsusi əməllərini yerinə yetirmək istəyənlər Şeyx Abbas Quminin Məfaatihul-Cinan kitabına müraciət edə bilərlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2016 11:20 ⁄ Çap
Bu bölmədə10 Mart, 2024 İslam Peyğəmbərinin(s) “Şəbaniyyə” xütbəsi24 Fevral, 2024 “Nimeyi-Şəban” gecəsi tövsiyyə olunan namaz və dualar20 Fevral, 2024 Şaban ayında tövsiyyə olunan xüsusi hacət namazı |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |