|
• DünyadaAyətullah Cavadi Amuli: İslam insan üçün nə zaman, nə də məkan çərçivəsində bir vəsiqə təyin etmişdirDünya səviyyəli filosof və mərcəi təqlid müctəhidi Ayətullah Cavadi Amuli Ruminiyanın baş keşişini qəbul edib Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Ruminiyanın eks prezidenti və baş Ortodoks keşişini qəbul edən Ayətullah Cavadi Amuli müxtəlif elmi məsələlərə toxunub. İslam dininin insanı əbədi varlıq kimi qələmə verdiyini deyən Ayətullah Amuli deyib: "İslam insan üçün nə zaman, nə də məkan çərçivəsində bir vəsiqə təyin etmişdir. Bunun sirri isə islamın insanı əbədi bilməsindədir. İnsanın əbədi olması Quran və Əhli-beytin hədislərinə əsasən, onun ölümlə olan əlaqəsinə görədir. Qurana görə ölümü öldürən insandır, əksi yox. Quran deyir ki, hamı ölümü dadacaqdır. Bu aydındır ki, dadı, dadan dadır. Bu ona bənzəyir ki, insan bir qab suyu içsin. Bu halda suyu dadan və həzm edən insandır. Beləliklə ölümlə üzləşən insan çürümür, sadəcə dəridən çıxır. İnsanın əbədi olmasını qəbul edərsək, əbədi olan varlıqlarla oxşarlıqlarını da qəbul etməliyik. İlahi dinlərə qulluq edən bir insan kimi vəzifəmiz budur ki, əlimizdə olan imkanlardan istifadə edərək insanlığı və sülhü bərqərar edək. Şiə məktəbi bu qüdrətə sahibdir ki, beynəlxalq qonaqları olsun. Bunun səbəbi, şiəliyin ümumbəşəri olmasındadır." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2016 12:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |