إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bölgələrdə məscid icmaları maarifləndirmə tədbirləri keçirib

Mayın 18-də Xızı rayonu Giləzi qəsəbəsi “ İmam Hüseyn” məscidi dini icmasının “ İslam narkomaniya və digər zərərli vərdişlərdən uzaq  olmağa çağırır” layihəsi  çərçivəsində  növbəti tədbir  keçirilib.

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,tədbiri giriş sözü  ilə açan dini icma  sədri  Vaqif Quliyev çıxışında  qeyd  edib ki,  narkomaniya  və  bu kimi  zərərli  vərdişlər  bəşəriyyətin ümumi  bəlasıdır və narkomaniyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır.  İcma sədri İslam dininin  insanlara öz  səhhətini, sağlamlığını  qorumağı  vacib  buyurduğunu və hər  kəsin  ona   bəxş  edilən canı  Allahın əmanəti  kimi dərk etməli olduğunu bildirib.

Tədbirdə  Xızı  Rayon  İcra Hakimiyyətinin  nümayəndəsi  Ceyhun İsgəndərov  çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini  vurğulayıb. İcra  nümayəndəsi  rayon ərazisində narkomaniyanın səviyyəsi  haqqında  danışıb və bəzi  statistik rəqəmləri  tədbir  iştirakçılarının  diqqətinə  çatdırıb.

* * *

Digər maarifləndirmə tədbiri Sumqayıt şəhər "Kotec" qəsəbə məscidi dini icmasının həyata keçirdiyi  “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində  keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Mirfəyaz Fəttayev, dini icmanın üzvləri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan icma sədri İslamın ailədaxili zorakılığa münasibəti haqqında danışaraq, dinimizin ümumiyyətlə zorakılığa qarşı olduğunu bildirirərək İslamda valideyn-övlad münasibətlərindən danışıb.

Daha sonra çıxış edən Y.Abdullayev dini fanatizm və xurafatçılığın zərərləri haqqında məlumat verərək gəncləri bu meyillərdən çəkidirməyin yollarından danışıb.Bildirilib  ki, din savadsız və fanatik insanların əlində zərərli bir alətə çevrilir. Özünü dindar hesab edən hər bir şəxs mütləq bu meyillərdən uzaq olmalı, İslamı buyurulduğu kimi oxumalı və araşdırmalıdır.

* * *

Ucar rayonun Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində “Dini fanatizm və ekstremizmin zərərləri” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Ucar rayonu Çiyni kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Zaur Eyvazov, Çiyni kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, tam orta məktəbin direktoru, müəllim kollektivi və tələbələri, və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur  Eyvazov layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği işini daha da gücləndirmək məqsədilə maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək radikalizmin müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyəti olduğunu diqqətə çatdırıb. Dini radikalizmin də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərinə şamil edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən orta məktəbin direktoru Ceyhunə Məmmədova, müəllimə Elnarə Hüseynova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, din xadimi Vüsal Azayev də dini ekstremizmə qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində düzgün dini maarifləndirmənin, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söz açıblar. Çıxış edən natiqlər tolerantlığın hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri bir məsələ olduğunu, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu diqqətə çatdırıblar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2016  10:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!