|
• Mənəviyyat • Mənəviyyat"Məad" - Bu dünya ilə axirət dünyasının rabitəsi"Məad" - axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir. İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Bu dünya ilə axirət dünyasının rabitəsi Səmavi kitabların dəfələrlə haqqında söhbət açdıqları məsələlərdən biri də, bu iki aləm arsında olan rabitəyə dəlalət edir. Bu iki həyat bir-birindən ayrı deyildir. Axirət dünyasının toxumu insanın öz əli ilə səpilir və insanın aqibəti artıq bu dünyada bəlli olur. İnsan xoşbəxt həyata nail olması üçün ilk növbədə iman və etiqadını saflaşdırmalı, kin və həsəddən uzaq olmalı, kimsəyə hiylə etməməli, özünün və cəmiyyətin təkamülü üçün ictimai fəaliyyətə qoşulmalıdır. Yox əgər imansızlığa, zülm, riyakarlıq, xudpəsəndlik, qeybət, xəyanət və sair qeyri-insani xislətlərə düçar olarsa, axirət dünyasında əbədi zillət və bədbəxtçiliklərlə qarşılaşacaqdır. Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən birində buyurulur: «Dünya axirətin əkin yeridir». Dünyada səpilən hər bir yaxşı və ya pis toxum axirət günü öz məhsulunu verəcəkdir. İnsanın tikan əkərək gül əldə etməsi qeyri-mümkün olduğu kimi, bu dünyada nalayiq işlər görüb axirətdə onun xeyirini görməsi də mahal və qeyri-mümkündür. İnsanın gördüyü işlərin təcəssüm və əbədiliyi Bir çox Quran ayələrində və Peyğəmbər (s)-dan, habelə İmamlardan (ə) nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, tək insanın özü deyil, bəlkə onun gördüyü bütün işlər də əbədi olaraq qalacaq və qiyamət günü onun gözləri önündə təcəlli edəcəkdir. Onun gördüyü xeyirxah işlər gözəl və ürəyəyatımlı tərzdə, pis və nalayiq işləri isə çirkin və qorxunc surətdə onun qarşısında təcəssüm edəcək və bütün bunlar onun əzab və işgəncəsinə səbəb olacaqdır. Qurani-kərimdə deyilir: «O gün [qiyamət günü] hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir.»(Ali-İmran-30). Ayədən məlum olur ki, insan gördüyü xeyirxah işlərin təcəssümünü müşahidə etdikdə fərəhlənəcək, nalayiq və xoşa gəlməz işlərinə görə isə xəcalət çəkərək ondan uzaq olmağa çalışacaq. Amma bura artıq qaçmaq yeri deyildir. Çünki hər bir şəxsin gördüyü işlər onun ayrılmaz hissəsini təşkil edəcəkdir. «O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün [qəbrlərindən məhşərə] dəstə-dəstə çıxacaqlar! Cənnətdəkilər sağ tərəfdə, cəhənnəmdəkilər isə sol tərəfdə olacaqlar. Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatını alacaqdır]. Kim zərrə qədər pis iş görmüşdrüsə, onun zərərini görəcəkdir [cəzasını alacaqdır].»(Zilzal 6-8). «Onlar [dünyada] etdikləri bütün əməllərin [öz qarşılarında] hazır olduğunu görəcəklər».Kəhf-49). İnsan və onun gördüyü işlər əbədi olaraq qalacaqdır. O, axirət dünyasında xeyirxah əməllərinin səmərəsindən ya bəhrələnəcək, ya da rüsvayedici şiddətli əzaba düçar olacaqdır. Bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: Uzaq məntəqələrdə yaşayan müsəlmanlardan bir neçəsi Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) söhbət əsnasında onlara bir neçə nəsihət verir. Onlardan biri bu idi: «Günü bu gündən axirət dünyası üçün özünüzə yaxşı dost və dostlar tapın. Bilin ki, [məhşərdə] əməlləriniz kimi ünsiyyətdə olduğunuz şəxslər də qarşınızda təcəssüm edəcəkdir». Mömin insan, əbədi həyatının xoşbəxtliyi üçün başqaları ilə ünsiyyətdə gözəl əxlaq nümayiş etdirər. O, bilir danışdığı hər bir söz və gördüyü hər bir iş axirət dünyasının əbədi həyatının səmərəsinə çevriləcəkdir. Ardı var... Ayətullah Mürtəza Mütəhhəri(Əbədi Həyat) Əvvəli: Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2016 19:10 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |