|
|
İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim olunduBu gün 12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, tədbirdə bildirilib ki, azərbaycanlı dizaynerlərin hazırladığı loqo islam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirib. Qeyd olunub ki, Yeni Bakı 2017 brendində əsas mövzu müsəlman dövlətlərinin əksəriyyətinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviridir. Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.
Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2016 16:28 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |