|
• DünyadaBanqladeşdə Camaat-e İslami hərəkatının lideri edam olunduBanqladeşdə 1971 ildə hərbi cinayətlər törətmiş “Cəmaəti İslami” radikal qruplaşmanın 71 yaşlı lideri Moti ür-Rəhman Nizami barəsində məhkəmənin çıxardığı edam hökmü icra olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə "Apa" Reuters-ə istinadən məlumat verib. Moti-ur Rəhman Nizaminin rəhbərlik etdiyi qruplaşma 1971-ci ildə Banqladeşin müstəqil olmasına qarşı çıxış edib. O, alimlərin qətli daxil olmaqla, dörd hərbi cinayətin törədilməsində ittiham olunub.
Edam hökmü yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00-da) ölkənin mərkəzi həbsxanasında asılmaqla icra edilib.
Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ildə Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında aparılıb. Nəticədə Şərqi Pakistan Banqladeş adı altında müstəqilliyini elan edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2016 10:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |