
Banqladeşdə 1971 ildə hərbi cinayətlər törətmiş “Cəmaəti İslami” radikal qruplaşmanın 71 yaşlı lideri Moti ür-Rəhman Nizami barəsində məhkəmənin çıxardığı edam hökmü icra olunub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə "Apa" Reuters-ə istinadən məlumat verib.
Moti-ur Rəhman Nizaminin rəhbərlik etdiyi qruplaşma 1971-ci ildə Banqladeşin müstəqil olmasına qarşı çıxış edib. O, alimlərin qətli daxil olmaqla, dörd hərbi cinayətin törədilməsində ittiham olunub.
Edam hökmü yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00-da) ölkənin mərkəzi həbsxanasında asılmaqla icra edilib.
Banqladeşin müstəqilliyi uğrunda müharibə 1971-ci ildə Qərbi Pakistan (indiki Pakistan) və Şərqi Pakistan (indiki Banqladeş) arasında aparılıb. Nəticədə Şərqi Pakistan Banqladeş adı altında müstəqilliyini elan edib.