إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonda ilk dəfə müsəlman mer seçilib

Leyboristlər partiyasının təmsilçisi, Pakistan əsilli Sadiq Xan Londonun meri seçilib.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,o, bu posta yiyələnən ilk müsəlman kimi tarixə düşəcək.

2013-cü və 2015-ci illərdə S.Xan britaniyalı  müsəlmanlar arasında “ilin siyasətçisi” adlandırılıb.

Onun proqramının əsas bəndləri mənzil inşaatının, sosial sahənin inkişafı, ictimai nəqliyyatda qiymət artımının məhdudlaşdırılması və Hitrou hava limanının genişləndirilməsindən imtinadır. 

46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır. O, 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb. Sadiq Xan evlidir, 2 övladı var.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2016  12:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!