إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qubada Təngəaltı kənd “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Quba rayonunda “Milli – mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsinin icrasına başlanılıb

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, mayın 5-də Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli – mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə çərçivəsində Təngəaltı kənd orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, “Seyidlər” məscidi dini icmasının sədri İdris Sultanov, Təngəaltı İƏD üzrə nümayəndə Rütəm Rzayev, kənd bələdiyyəsinin sədri Arif Ömərov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbiri icma sədri İ. Sultanov açaraq bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi xalqımızın minillərlə qoruyub saxladığı adət - ənənələri yeni nəsillərə ötürməsi üçün təbliğat aparmaqdır.Natiq, eyni zamanda cəmiyyətdə mənfi qarşılanan dini radikalizmlə mübarizədə ənənəvi dindarlıqdan istifadənin üstünlüklərindən bəhs edib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. Radikalizmlə mübarizə sahəsində dövlət ən ucqar kənd məscidlərinə də maliyyə yardımı ayırmaqda davam edir.  E. Nurullayev qeyd edib ki, dindarlar və gənclər birlik nümayiş etdirməli, radikal qruplara qoşulmamalı və radikalizmin qarşısını almaq üçün hər zaman təhsillərini gücləndirməlidirlər.

Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2016  19:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!