|
• Dünyadaİran səfirliyi: Tehranda ermənilərin aksiya keçirməsi və Azərbaycan əleyhinə şüarlar səsləndirməsi barədə xəbərlər əsassızdırİranın Azərbaycandakı səfirliyi Tehranda “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İranın Azərbaycandakı səfirliyindən Apa-ya verilən məlumata görə, səfirliyin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu bildirib: “Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər gündən-günə artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”. M. Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran – Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2016 15:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |