2 May, 2016
İran səfirliyi: Tehranda ermənilərin aksiya keçirməsi və Azərbaycan əleyhinə şüarlar səsləndirməsi barədə xəbərlər əsassızdır

İranın Azərbaycandakı səfirliyi Tehranda “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İranın Azərbaycandakı səfirliyindən Apa-ya verilən məlumata görə, səfirliyin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin əsassız olduğunu bildirib: “Bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər gündən-günə artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.


M. Nəcəfi mediaya müraciət edərək onları dəqiq xəbərlər yaymağa və İran – Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4986.html