إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya qoşunları İŞİD-in paytaxt elan etdiyi Rəqqaya hücuma hazırlaşır

Suriya Rusiya hava-kosmik qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor və Rəqqaya hücuma keçməyi planlaşdırır

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə,bu barədə Rusiyanın RT xəbər agentliyi məlumat yayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Aleksey Borodavkin bildirib ki, Suriya hərbi qüvvələri Rusiya hava-kosmik qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor və Rəqqa istiqamətində hücuma keçməyi planlaşdırır.

“BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində deyildiyi kimi, hərbi əməliyyatların dayandırılması və atəşkəs rejimi İŞİD, "Cəbhət ən-Nusra" və digər terror  qruplaşmalarına aid edilmir. Bundan əlavə, qətnamədə deyilir ki, terrorçular məhv edilməsi üçün hərbi əməliyyatlar davam etdirilməlidir. Suriya hərbi qüvvələri rus hava-kosmik qüvvələrinin dəstəyi ilə məhz bu cür də hərəkət edir. Bu fəaliyyətlər nəticəsində Palmira şəhəri azad edilib, indi isə Deyr əz-Zor və Rəqqa istiqamətində növbəti hücum planı hazırlanır. Hələbdə də məhz "Cəbhət ən-Nusra" kimi qruplaşmalara qarşı hərbi əməliyyatlar aparılır.”,  – deyə Borodavkin bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2016  13:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!