
Suriya Rusiya hava-kosmik qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor və Rəqqaya hücuma keçməyi planlaşdırır
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə,bu barədə Rusiyanın RT xəbər agentliyi məlumat yayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Aleksey Borodavkin bildirib ki, Suriya hərbi qüvvələri Rusiya hava-kosmik qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor və Rəqqa istiqamətində hücuma keçməyi planlaşdırır.
“BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində deyildiyi kimi, hərbi əməliyyatların dayandırılması və atəşkəs rejimi İŞİD, "Cəbhət ən-Nusra" və digər terror qruplaşmalarına aid edilmir. Bundan əlavə, qətnamədə deyilir ki, terrorçular məhv edilməsi üçün hərbi əməliyyatlar davam etdirilməlidir. Suriya hərbi qüvvələri rus hava-kosmik qüvvələrinin dəstəyi ilə məhz bu cür də hərəkət edir. Bu fəaliyyətlər nəticəsində Palmira şəhəri azad edilib, indi isə Deyr əz-Zor və Rəqqa istiqamətində növbəti hücum planı hazırlanır. Hələbdə də məhz "Cəbhət ən-Nusra" kimi qruplaşmalara qarşı hərbi əməliyyatlar aparılır.”, – deyə Borodavkin bildirib.