|
|
Ə.Qarayev: İranla bütün sahələrdə birgə çalışmalıyıq ki, əməkdaşlığımız nümunə olsunMədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən İranın vitse prezidenti, Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının sədri Məsud Sultanifəri ilə görüşüb. Ahlibeyt.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı qonaq Forumun təşkilinə və təşkilatçılığa görə minnətdarlığını bildirib. Forum çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyətini və qloballaşan dünyada inkluziv cəmiyyətdə birgəyaşamaya Azərbaycanın çağırışını dəstəklədiklərini ifadə edib. Bu işdə Azərbaycan hökümətinə uğurlar arzulayıb. Nazir Əbülfəs Qarayev Azərbaycanda bu tipli tədbirlərin keçirilməsində məqsədin regionun, ölkələrin siyasətini tanıtmaqdan ibarət olduğunu bildirib: "Biz istərdik ki, bizim ölkələrin yer kürəsindəki mövqeyi bütün dünya tərəfindən tanınsın və buranın sülh, əmin-amanlıq diyarı olduğunu bilinsin. İran və Azərbaycanın rəhbərləri iki dövlətin dostluğuna çox böyük səy göstərirlər. Ona görə də biz bu siyasətdən bütün istiqamətlərdə, o cümlədən mədəniyyət və turizm sahəsində də istifadə etməliyik. Həm bütün sahələrdə birgə çalışmalıyıq ki, əməkdaşlığımız da nümunə olsun." Məsud Sultanifəri bildirib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük işlər görülür: "İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün maraq göstərir. İldən –ilə ölkələrimiz arasında turist axınının sayı yüksəlib. Fikrimiz də bu istiqmətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Mədəniyyətimiz, dilimiz, tariximiz yaxın olduğu üçün bu il Novruz bayramı ərəfəsində 50 minə yaxın vətəndaşımız Azərbaycana səfər edib. İnanırıq ki, bu işbirliyi iki ölkənin də turizm potensialının yüksəlməsinə xidmət edir. Qonaq fikirlərində əlavə etdi ki, biz öz fəaliyyətimizdə hər iki dövlətin vətəndaşlarının ölkələrimizi yaxından tanınmasına şərait yaratmağa borcluyuq." Nazir Əbülfəs Qarayev Azərbaycanla İranın Forum çərçivəsində səslənən fikir və təkliflərə birgə fəaliyyəti istiqamətində əməkdaşlığını dəstəklədiyini vurğulayaraq, turizm sərgilərində İranın fəal iştirakını yüksək qiymətləndirdiyini qonağın nəzərinə çatdırıb. Görüş mədəniyyət və turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikirlərlə davam edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 12:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |