|
Göyçay rayonu Qarayazı kənd məscidində maarifləndirici tədbir keçirilib - Foto Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, Göyçay rayonu Qarayazı kənd məscidində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qarayazı kənd inzibati ərazi dairəsi nümayəndəliyinin və bələdiyyəsinin əməkdaşları, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını diqqətə çatdırıb.Əzim Rəfiyev ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğu gerçəkliyini iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə, eyni zamanda DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay rayon Qarayazı kənd inzibati ərazi dairəsi nümayəndəsinin müavini Rəhman Əliyev, Qarayazı kənd məscidinin axundu Mətləb Əliyev və Fərzalı Fərzalıyev də çıxış edərək mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.Çıxış edənlər milli-mənəvi dəyərlərin təbliği məqsədilə həyata keçirilən bu tədbirlərin böyük əhəmiyyətə malik olduğunu söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyat paylanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 12:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |