|
Müdafiə naziri Zakir Həsənov Tərtər rayonunda olub"Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib". Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir sakinlərlə görüşüb, ziyan dəymiş evlərə baxıb. O, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüşüb. Z.Həsənov cəbhə xəttində baş verənlərə də toxunub. O deyib ki, cəbhədə ermənilərin növbəti təxribatlarının qarşısı alınıb. Nazir deyib ki, ermənilər törətdikləri cinayətlərin hesabını verəcək, cəzasını çəkəcəklər. O, gecə boyu atəşkəsi pozan düşmənin layiqli cavabının verildiyini, atəş açılan hədəflərin məhv edildiyini bildirib. Nazir ermənilərin açdıqları atəş nəticəsində evlərə dəyən ziyan barədə məlumat alıb, belə evlərdə olub. “Allah Ali Baş komandanımızın canını sağ eləsin. Onların dərsini verəcəyik”. Qeyd edək ki,Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Ermənilərin zərbələri nəticəsində Tərtərdə 20 evə ziyan dəyib dəyib, bir ev isə qəzalı vəziyyətə düşüb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016 13:47 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |