إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bişkekdə İmam Əlinin (ə) mövludu münasibəti ilə tədbir keçirilib - FOTO

Müsəlmanların birinci imamı Əli ibni Əbu-Talibin (ə) mövlud (doğum) günü münasibəti ilə bütün dünyada yaşayan müsəlmanlar bayram tədbirləri keçiriblər.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,bayram tədbiri  ötən axşam Qırğızıstanın paytaxtı Bişkek şəhərində də İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilib.

Tədbirdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri  o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak ediblər.  Tədbirdə İmam Əli (ə) adına məscidin imam camaatı Hacı İlqar çıxış edib  və O həzrətin fəzilətlərindən danışıb.
Əhli-Beyt (ə) şairləri Azərbaycan və Fars dillərində İmam Əlinin (ə) şəninə yazdıqları şerləri oxuyublar.

Tədbirin sonunda ilahi nəğmələr və şeirlərlər səsləndirilib və məclis iştirakçılarına şirini paylanılıb.






Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016  17:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!