
Müsəlmanların birinci imamı Əli ibni Əbu-Talibin (ə) mövlud (doğum) günü münasibəti ilə bütün dünyada yaşayan müsəlmanlar bayram tədbirləri keçiriblər.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,bayram tədbiri ötən axşam Qırğızıstanın paytaxtı Bişkek şəhərində də İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilib.
Tədbirdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak ediblər. Tədbirdə İmam Əli (ə) adına məscidin imam camaatı Hacı İlqar çıxış edib və O həzrətin fəzilətlərindən danışıb.
Əhli-Beyt (ə) şairləri Azərbaycan və Fars dillərində İmam Əlinin (ə) şəninə yazdıqları şerləri oxuyublar.
Tədbirin sonunda ilahi nəğmələr və şeirlərlər səsləndirilib və məclis iştirakçılarına şirini paylanılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)