|
• Dünyada"Məscidül-Əqsa"da nəzarət kameraları yerləşdirilməsi layihəsi ləğv edilibİordaniya dövləti Fələstinin işğal altında olan Məscidül - Əqsa daxilində nəzarət kameralarının yerləşdirilməsi layihəsinin dayandırılmasından xəbər verib Ahlibeyt.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə,İordaniyanın rəsmi xəbər agentliyi- Petra-nın məlumatında bildirilir ki,fələstinlilərin İordaniya dövlətinin Məscidül - Əqsada nəzarət kameralarının yerləşdirilməsinə kəskin etirazlarının ardınca İordaniyanın baş naziri Abdullah Nəsur açıqlama verib ki, dövlət bu layihədən imtina edib.. Nəsurun sözlərinə görə,İordaniyanın bu kameraların yerləşdirilməsindəki əsas hədəfi, sionist qəsbkarların Məscidül Əqsaya qarşı cinayətləri və təcavüzlərinin sənədləşdirilməsinin qarşısını almaq idi. Belə bir halda, fələstinli qruplar dəfələrlə bu plan ilə müxalifət ediblər. Beynəlxalq Qüds müəssisəsi son zamanlar İordaniya ilə İsrai arasında "Məscidül-Əqsa"da kameranın yerləşdirilməsi haqdakı razılaşmasının nəticələri barədə xəbərdarlıq etmişdi. İordaniyanın Vəqflər Nazirliyi bildirib: "Məscidül-Əqsa" daxilində 55 nəzarət kamerası quraşdırılması məsələsi fələstinlilərin kütləvi etirazları ilə qarşılaşıb. Fələstinlilər bildirirlər ki, işğalçı İsrail rejimi bu kameralardan öz xeyrinə istifadə edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2016 10:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |