|
• Mənəviyyat • MənəviyyatZalımı bağışlamaq olarmı?...İmam Əli(ə): "Zülmkarlıq insanları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər" Quranda buyurulur: "Nə zülm edin, nə də zülmə baş əyin".(Bəqərə,ayə279) Allahın Peyğəmbəri (s): "Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər". "Bağışlamağınız müttəqiliyə daha yaxındır"(Bəqərə,ayə237) "Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz"?(Nur ayə 22) Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun». İlk baxımdan belə görünə bilər ki, bəzən "döyüşün", bəzən isə "Bağışlayın" deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır.Lakin bağışlamağın şəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın.Digər bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir. Həzrət Əli (ə) buyurur: "Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla"(Nəhcül-bəlağə».). Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2016 15:10 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |