
İmam Əli(ə): "Zülmkarlıq insanları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər"
Quranda buyurulur:
"Nə zülm edin, nə də zülmə baş əyin".(Bəqərə,ayə279)
Allahın Peyğəmbəri (s): "Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər".
"Bağışlamağınız müttəqiliyə daha yaxındır"(Bəqərə,ayə237)
"Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz"?(Nur ayə 22)
Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun».
İlk baxımdan belə görünə bilər ki, bəzən "döyüşün", bəzən isə "Bağışlayın" deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır.Lakin bağışlamağın şəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın.Digər bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.
Həzrət Əli (ə) buyurur: "Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla"(Nəhcül-bəlağə».).
Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.