|
MM Komitə sədri: Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox?“Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunun ləngiməsinə səbəb Qafqaz Müsəlmanları İdarəsi idi - Dövlət Komitəsi və Şeyxülislam Allahşükür Paşazadə artıq qanun layihəsinə razılığını verib Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün parlamentdə keçirilən “Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə bildirib: “Açıq danışmaq lazımdır ki, Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun ləngiməsinə obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur”. “Cəmiyyət bilməlidir ki, qanunun qəbulunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsidir. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi ilə, o cümlədən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə görüşlər keçirib narahatlıq doğuran məsələləri onlarla birgə müzakirə edirik. Onlar bizə deyir ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb. Artıq indi görüşümüzün nəticəsi olaraq bizə deyirlər ki, layihədə nəzərdə tutulan məsələlər heç də İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə qanun layihəsinə razılığını artıq verib". Komitə sədri əsas problemin qanunda ekstrokorproal mayalanma ilə bağlı olduğunu deyib: "Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox? Ona görə də burda problem görmürəm”. Qeyd edək ki,MM spikeri Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan o, yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2016 16:44 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |