|
• DünyadaSuriyada parlament seçkiləri keçirilirSuriyada bu səhər yerli vaxtla saat 07:00-da yüksək təhlükəsizlik tədbirləri şəraitində 7000-dən artıq seçki məntəqəsi fəaliyyətə başlayıb. Ahlibeyt/az-;n Salamnews-a istinadla verdiyi xəbərə görə, Suriya vətəndaşları saat 19:00-dək səsvermədə iştirak edə bilərlər. Xalq Şurasına (parlament) seçkilər 15 əyalətdən 13-də keçirilir. İstisnanı İŞİD terror təşkilatı və “Cəbhat ən-Nusra” terror qruplaşmasının nəzarəti altında olan Fərat çayı üzərindəki Rakka və İdlib təşkil edir. Bu regiondan olan məcburi köçkünlərə müvəqqəti yaşadıqları yerlərdəki seçki məntəqələrində səsvermə imkanı təqdim edilib. Parlament seçkiləri 2012-ci il 26 fevral tarixli referendumla təsdiqlənmiş konstitusiyaya müvafiq olaraq çoxpartiyalı əsasda keçirilir. Xalq Şurası 250 deputatdan ibarətdir. Onlar dörd il müddətinə ümumi, birbaşa və gizli səsvermə yolu ilə seçilirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2016 11:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |