13 Aprel, 2016
Suriyada parlament seçkiləri keçirilir

Suriyada bu səhər yerli vaxtla saat 07:00-da yüksək təhlükəsizlik tədbirləri şəraitində 7000-dən artıq seçki məntəqəsi fəaliyyətə başlayıb.

Ahlibeyt/az-;n Salamnews-a istinadla verdiyi xəbərə görə, Suriya vətəndaşları saat 19:00-dək səsvermədə iştirak edə bilərlər.

Xalq Şurasına (parlament) seçkilər 15 əyalətdən 13-də keçirilir. İstisnanı İŞİD terror təşkilatı və “Cəbhat ən-Nusra” terror qruplaşmasının nəzarəti altında olan Fərat çayı üzərindəki Rakka və İdlib təşkil edir. Bu regiondan olan məcburi köçkünlərə müvəqqəti yaşadıqları yerlərdəki seçki məntəqələrində səsvermə imkanı təqdim edilib.

Parlament seçkiləri 2012-ci il 26 fevral tarixli referendumla təsdiqlənmiş konstitusiyaya müvafiq olaraq çoxpartiyalı əsasda keçirilir. Xalq Şurası 250 deputatdan ibarətdir. Onlar dörd il müddətinə ümumi, birbaşa və gizli səsvermə yolu ilə seçilirlər.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4805.html