|
• DünyadaSuriyada “sükut günü” elan edilibSuriyada parlament seçkilərinə bir gün qalmış Suriya Xalq Şurası(Parlament) ölkədə “sükut günü” elan edilib. Ahlibeyt.ıaz-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə seçki komissiyasının sədri hakim Hişam əş-Şaar məlumat verib. Onun sözlərinə əsasən, aprelin 12-də saat 07:00-dan etibarən ölkədə istənilən təbliğat fəaliyyəti qadağan ediləcək: “Müvafiq xidmətlərə şəhər küçələrini namizədlərin öz seçki kampaniyalarında istifadə etdikləri bütün plakatlardan təmizləmələri barədə göstəriş verilib. Xalqın öz iradəsini ifadə etməsi üçün bütün hazırlıq işləri tamamlanıb. Aprelin 13-də baş tutacaq seçkilərdə paytaxt və əyalət şəhərlərində 7000-dən artıq seçki məntəqəsi fəaliyyət göstərəcək." Suriya Xalq Şurasına seçkilər 2012-ci il 26 fevral tarixində keçirilmiş referendumda təsdiq edilən konstitusiyaya müvafiq olaraq çoxpartiyalı əsasda baş tutacaq. Xalq Şurası ümumi, birbaşa və gizli səsvermə yolu ilə dörd il müddətinə seçilən 250 millət vəkilindən ibarətdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 15:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |