إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rəcəb ayında yaşam tərzimizə diqqət yetirək

Rəcəb ayı övliyaların günahlardan paklanma, yuyulma ayıdır.Şaban ayı mübarək ramazan ayına – Allahın qonaqlığına daxil olmaq üçün təqva libasının geyinildiyi aydır.

Ahlibeyt.az-ın məlumatına görə,Ayətullah Ruhullah Qərəhi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində Rəcəb ayından faydalanmağı tövsiyə edib.

Ayətullah Qərəhi bildirib: Rəcəb ayı övliyaların günahlardan paklanma, yuyulma ayıdır. Şaban ayı mübarək ramazan ayına – Allahın qonaqlığına daxil olmaq üçün təqva libasının geyinildiyi aydır.

Rəcəb ayında özünü günahlardan saxlayan, həyatını Allah adamlarının yaşam tərzi kimi sürən, istiğfarı artıran, təqvasını çoxaldan şəxlər bu ayda bir daha Allaha döğru qayıdır və insanlıq məqamına qovuşurlar. Buna görə də, Allahın dostlarının rəcəb ayında bəndələrə navaziş və qayğısı çoxalır. Baxmayaraq ki, başqa aylarda da onlar bu tərzdə yaşayırlar, lakin bu ayda daha qabarıq şəkildə özünü büruzə verir.

Bələk də elə buna görədir ki, bu ayda qətl baş verərsə onun diyəsi ikiqat alınır. Çünki insanlar bu ayda mərhəmət, ülfət və insanlıq məqamına daha da yaxın olurlar.

Bu ayın qədir - qiymətini bilən, onu lazımınca dəyərləndirən şəxs üçün ramazan ayı da mübarək və bərəkətli olacqdır. Bu aya ciddi yanaşmasa, səhlənkarlıq etsə ramazan ayına da çirkin, aludə, yöndəmsiz daxil olacaqdır. Beləlikə də, ramazan ayı ona bərəkət gətirməyəcək.

Rəcəb ayı insanların özlərini“Rəcəb çayı”nda yuması, bütün çirkinlikləri özlərindən təmizləməsi üçün Allahın insana dəvətidir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2016  15:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!