إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yaponiyalı müsəlman Ki Mu Ra: Başın saq olsun Azerbaycan! アゼルバイジャン兵士のたまに祈りします‼

Yaponiyalı müsəlman Ki Mu Ra Qarabağda gedən döyüşlərlə bağlı öz facebook səhifəsində azərbaycan dilində status yazaraq Azərbaycan xalqına öz dəstəyini bildirib.

Ki Mu Ra statusda yazır:

Başın saq olsun Azerbaijan!!

Allah Ermeni esgerinin belasini versin ! Sehitlerin qani yerde qalmaz!!アゼルバイジャン兵士のたまに祈りします‼

Komentlərdə Yaponiyalı müsəlmana öz minnətdarlığını bildirən həmvətənlərimizə cavab olaraq bildirib:

Qardaslar sagolun men bir musulman olarak üzerimə duşəni yaptim. lazim olsa ermenilerin uzerine de getmeye haziram, azerilere sevgilerle.Allah yardimçinız olsun

Qeyd edək ki,əslən Yaponiyadan olan Ki Mu Ra qeyri müsəlman ailədə dünyaya gəlib.Orta və ali təhsilini öz ölkəsində alıb. Gənc yaşlarından İslam və Quranla tanış olmaq imkanı onu Əhli beyt məktəbinin yoluna gətirib çıxarıb.

Ki Mu Ra Yaponiyada ali təhsilə yiyələndikdən sonra 2000-ci ildə İslam dini və Əhli-beyt məktəbi ilə tanış olmaq üçün İranda Ayətullah Vəhid Xorasani tərəfindən təsis olunan dini-elmi hövzədə və Səudiyyə Ərəbistanı hökumətinin rəsmi icazəsi ilə fəalyyət göstərən Ayətullah Cavadi Təbrizinin təsis etdiyi dini-elm ocağında təhsilini bitirərək yaponiyaya qayıdıb.

Xatırladaq ki,bir il öncə Yapon mənşəli müsəlman Ki Mu Ra Azərbaycanda olub və Ahlibeyt.az-a geniş müsahibə verib.

Həmin müsahibənin linkini təqdim edirik:http://ahlibeyt.az/news/a-2925.html

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2016  19:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!