إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda qonaq olmuş Yaponiyalı müsəlman şiə-Müsahibə

Əslən Yaponiyadan olan Ki Mu Ra qeyri müsəlman ailədə dünyaya gəlib.Orta və ali təhsilini öz ölkəsində alıb. Gənc yaşlarından İslam və Quranla tanış olmaq imkanı onu Əhli beyt məktəbinin yoluna gətirib çıxarıb.

Azərbaycanda  qonaq olmuş  Yaponiyalı  müsəlman  Ki Mu Ra Ahlibeyt.az-a müsahibə verərək İslamla tanışlığı,bu dini qəbul etməsini və şiə məzhəbinə gəlməsini açqlayıb.

- Necə oldu ki,İslam dini və Əhli-beyt məktəbi ilə tanış oldunuz

Orta məktəbdə təhsil alarkən əslən İranlı ailədən olan bir sinif yoldaşım var idi və o mənə İslam dinindən bəhs edərdi.Sonradan dillərə olan marağım səbəb oldu ki,ərəb dilini oyrəndim və İslam dini ilə ilk mənbədən tanış olum.Quran və İslam tarixini araşdırmağa başladım. Bu din məndə çox maraq yaratdı və İslamı özüm üçün bir din olaraq qəbul etdim.Müsəlman dostumun şövqlə bəhs etdiyi Əhli-beyt imamlarının vilayətinə Quran ayələri və müxtəlif mənbələrdəki hədislərdə rast gəldiyim üçün bu məzhəbi özüm üçün seçdim.Müsəlman cəmiyyətində yaşamadığım üçün İslami bilgiyə ehtiyac duydum və dini hövzələrdən birinə gedərək təhsil aldım.

- Dediniz dini təhsil almısız bu barədə nə deyə bilərsiz

Yaponiyada ali təhsilə yiyələndikdən sonra 2000-ci ildə İrana getdim Qumda  Ayətullah Vəhid Xorasani tərəfindən təsis olunan dini-elmi hövzədə 2 ilə yaxın təhsil aldım.lakin Yaponiya-İran dövlətlərarası təhsil və tələbələrin mübadiləsi qanununda boşluq olduğu üçün Yaponiyanın İrandakı səfirliyi tərəfindən mənə dini təhsilimi daha münasib olan  bir ölkədə davam etdirmək tövsiyyə olundu.Mənə münasib olan Səudiyyə Ərəbistanı hökumətinin rəsmi icazəsi ilə fəalyyət göstərən Ayətullah Cavadi Təbrizinin təsis etdiyi dini-elm ocağında təhsilimi başa vurub vətənimə qayıtdım.Yeri gəlmişkən Ayətullah Cavadi Təbrizi əslən Təbrizdən olduğu üçün onun təsis etdiyi təhsil ocağındakı müəllimlərin çoxu azəri türkcəsində danışırdı.Dillərə olan xüsusi maraq və istedadım məndə sizin dilə maraq yaratdı.Azərbaycan dilini onlardan öyrəndim.

- Kənardan Yaponiya olduqca qapalı bir cəmiyyət  təssüratı yaradır,bu halda ölkənizdə nə dərəcədə fəaliyyət göstərə bilirsizniz

Ölkəmizdə belə bir problemlə qarşılaşmamışıq.lakin son illər təkfirçi çərəyanların törətdikləri yapon cəmiyyətində də bir həyacan yaradıb,buna görə də müsəlman icmaların fəaliyyəti, kimliyi və düşüncə tərzi araşdırılır.Şiə məzhəbinin maariflənməyə verdiyi önəm və radikal düşüncələrdən uzaqlığı səbəbindən fəaliyyətimizə məhdudiyyət qoyulmayıb,əksinə müəyyən dərəcədə şərait də yaradır.Bu işdə Ayətullah Vəhid Xorasaninin  mənəvi dəstəyini də qeyd etmək yerinə düşərdi.

Yaponiyada ölkə ənənələrinə xas olmayan dinlərin nümayəndələrinə  normal münasibətlər mövcuddur və bu qanunla tənzimlənir.Təhsil ocaqlarında tədris alanlara yemək verilərkən müsəlman uşaqlara ayrıca halal məhsullar verilir.Bu mümkün olmadıqda şagirdə ayrılan vəsait ailəsinə verilərək onun müqabilində  halal məhsul alnmasına şərait yaradır. Qeyd edim ki,ölkəmizdə 100- qədər Yapon mənşəli şiə müsəlman yaşayır.

- Ailənizin,yaxınlarınızın sizin müsəlman olmanızı necə qebul edirlər

Yapon cəmiyyətində ümumilikdə olduqca möhkəm ailə ənənələri mövcuddur.Xüsusən böyüklərə hörmət valideyinlərə münasibətdə qayğı və ehtiram mövcuddur.Hazırda 38 yaşım var və ailəmdə İslam dinini qəbul etməyimlə bağlı  bir problemim olmayıb.Həyat yoldaşım əslən müsəlman yapondur, Əhli-Beyt davamçısıdır, iki övladımız var Əli və Abdullah.Həm onun, həm də mənim valideynlərim bizim müsəlman olmamıza etiraz etməyiblər və demək olar bu məsələ bizim münasibətlərimizdə heç bir problem yaratmayıb.Yemək,ərzaq məhsulları  və bəzi halal-haram məsələsində də bizə anlaşıqlı yanaşırlar.Mənsə öz növbəmdə onların qulluğunda dayanıram, çalışıram ki,əməldə nümunə olum və onlar mənə baxıb hidayət olsunlar.

- Ölkəmiz haqda nə deyə bilərsiz

Xalqınız mehriban və qonaqpəvərdir,inancınız ı- Əhli-beytə olan ehtiram və məhəbbətinizi  isə xüsusən qeyd etmək istərdim.Ölkənizdə qonaq olduğum bu bayram günləri fürsətdən istifadə edib xalqınızı Novruz bayramı münasibəti ilə bir daha təbrik edirəm.

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2015  11:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!