|
|
Sumqayıt şəhər “Cümə” məscidində maarifləndirici tədbir keçirilibMartın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər “Cümə” məscidində “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Ahlibeyt.az-ın DQİK mətbuat xidmətinə istinadən məlumatına görə,tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov insanların maarifləndirilməsi istiqamətində həyata keçirilən bu kimi layihələrin əhəmiyyətindən danışıb. Çıxışında əsasən İslamda Vətən və dövlət sevgisindən bəhs edən icma sədri qeyd edib ki, hər bir müsəlmanın borcudur ki, Vətəninə, dövlətinə sadiq vətəndaş olsun. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib. Ülvi Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Daha sonra AMEA-nın dissertantı Samir Ağayev mövzu ilə bağlı çıxış edib. O bildirib ki, milli-mənəvi dəyərlərimiz qorunub saxlanılmalı, düzgün təbliğ edilməli və dini radikalizmə qarşı birlikdə mübarizə aparılmalıdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2016 16:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |