إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avstaraliyada Beynəlxalq Quran müsabiqəsi keçiriləcək

Avstraliyanın Sidney şəhərində Ramazan ayında beynəlxalq Quran müsabiqəsi təşkil olunacaq

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, Avstraliya Beynəlxalq  Quran müsabiqəsində iştirakçılar Qurani Kərimin əzbərlənməsi və qiraəti üzrə yarışacaq.

Quran müsabiqəsinə qatılmaq istəyənlər iyun ayının 24 -ə kimi qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, Avstraliya Beynəlxalq Quran müsabiqəsi  ilk dəfə 2012-ci ildə Avstraliya və Yeni Zelandiya müsəlmanlarının  Quran hifzi və qirətinə  marağını artırmaq,

Avstraliya və bu ölkənin ətraf  ölkələrində Quran tilavəti və hifzi üzrə yeni istedadlı şəxsləri tapmaq  və onlara Quran qiraəti  qaydalarını düzgün öyrətmək məqsədi ilə təşkil olunub.

Bildirilir ki,Avstraliya əhalisi 24 milyondan çoxdur və ölkədə təqribən 500 min nəfər müsəlman yaşadığı bildirilir.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2016  16:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!