
Avstraliyanın Sidney şəhərində Ramazan ayında beynəlxalq Quran müsabiqəsi təşkil olunacaq
Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, Avstraliya Beynəlxalq Quran müsabiqəsində iştirakçılar Qurani Kərimin əzbərlənməsi və qiraəti üzrə yarışacaq.
Quran müsabiqəsinə qatılmaq istəyənlər iyun ayının 24 -ə kimi qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, Avstraliya Beynəlxalq Quran müsabiqəsi ilk dəfə 2012-ci ildə Avstraliya və Yeni Zelandiya müsəlmanlarının Quran hifzi və qirətinə marağını artırmaq,
Avstraliya və bu ölkənin ətraf ölkələrində Quran tilavəti və hifzi üzrə yeni istedadlı şəxsləri tapmaq və onlara Quran qiraəti qaydalarını düzgün öyrətmək məqsədi ilə təşkil olunub.
Bildirilir ki,Avstraliya əhalisi 24 milyondan çoxdur və ölkədə təqribən 500 min nəfər müsəlman yaşadığı bildirilir.