|
• DünyadaƏrəb Dövlətləri Liqası “Hizbullah”ı terror qruplaşması kimi tanıdıƏrəb Dövlətləri Liqası Livanın “Hizbullah” təşkilatını terror qruplaşması kimi tanıyıb Ahlibeyt.az-ın Euronews-a istinadən mlumatına görə,bu barədə Ərəb Dövlətləri Liqasının Misir paytaxtı Qahirədə keçirilən 145-ci sessiyasının bağlanışında verilən müracitədə bildirilib Liqanın qəbul etdiyi qərarda bildirilir: “Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Komitəsi “Hizbullah” qruplaşmasının terror təşkilatı kimi tanınmasına dair qərar qəbul edib”. Qərarın lehinə İraq və Livan istisna olmaqla, Liqanın bütün üzvləri səs verib İraq və Livan səsvermədə iştirakdan imtina edib.Misir isə qərarın bəzi müddəaları ilə razılaşmadığını qərarda əks olunmasını şərti ilə qərara səs verib. Qeyd edək ki, 22 dövlətin daxil olduğu Ərəb Dövlətləri Liqası ərəb dövlətlərinin beynəlxalq təşkilatıdır. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 1945-ci il martın 22-də yaradılıb. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Xəbər agentlikləri bu qərarın çıxarılmasının əsas səsblərindən biri kimi "Hizbullah" təşkilatına bağlı hərbi birləşmələrin Suriyada Bəşər Əsəd hakimiyyətini devirməyə cəhd edən İŞİD terror qruplaşması əleyhinə aktiv döyüşlərdə iştirak etməsini qeyd edirlər. Livanın“Hizbullah”hərbiləşdirilmiş şiə qruplaşması və siyasi partiyası kimi fəaliyyət göstərir və Livanın ictimai-siyasi həyatında aktiv rol oynamaqla bərabər ölkə parlamentində və hökumətin formalaşmasında proporsional səs hüququna malikdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2016 09:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |