|
• DünyadaAyətullah Sistani İraqda sünni-şiə vəhdətinin məhvəridirİraqın sabiq baş nazirlərindən olan İbrahim Cəfəri bildirib ki, İraqdakı əhli-sünnə camaatı şiələrlə yanaşı Ayətullah Seyyid Əli Sistaniyə ehtiramla yanaşırlar. Çünki Ayətullah Sistani İraqda İslam vəhdətinin bərqərar olmasında xeyli səy göstərmişdir. İbrahim Cəfəri deyib ki, müxtəlif əhli-sünnə camaatı dəfələrlə Ayətullah Sistani ilə görüşüblər ki, hər dəfə Ayətullah Sistani sünni-şiə vəhdətinə təkid etmişdir və əhli-sünnənin öz qardaşı olduğunu bildirmişdir. Düşmənlərin onun əleyhinə apardığı təbliğatlara baxmayaraq o səbr və təmkinlə sünni-şiə vəhdətinin təmin olunmasında böyük işlər görmüşdür deyən İbrahim Cəfəri, misal kimi Ayətullah Sistaninin Əskərriyə məqbərəsinin partladılması ilə İraqda sünni-şiə müharibəsinin başlatmaq istəyənlərin planlarını camaata bəyan edərək iraqlıları vəhdətə dəvət etməsini göstərib. Mərcəiyyətin İraqın həyatında özəl yer tutduğunu bildirən İbrahim Cəfəri Ayətullahul-Üzmalar Həkim, Xoi, Sədr və Sistaninin İraqın çiçəklənməsində xeyli xidmətlər etdiklərini diqqətə çatdırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2011 22:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |