14 Noyabr, 2011
Ayətullah Sistani İraqda sünni-şiə vəhdətinin məhvəridir

İraqın sabiq baş nazirlərindən olan İbrahim Cəfəri bildirib ki, İraqdakı əhli-sünnə camaatı şiələrlə yanaşı Ayətullah Seyyid Əli Sistaniyə ehtiramla yanaşırlar. Çünki Ayətullah Sistani İraqda İslam vəhdətinin bərqərar olmasında xeyli səy göstərmişdir.

İbrahim Cəfəri deyib ki, müxtəlif əhli-sünnə camaatı dəfələrlə Ayətullah Sistani ilə görüşüblər ki, hər dəfə Ayətullah Sistani sünni-şiə vəhdətinə təkid etmişdir və əhli-sünnənin öz qardaşı olduğunu bildirmişdir.

Düşmənlərin onun əleyhinə apardığı təbliğatlara baxmayaraq o səbr və təmkinlə sünni-şiə vəhdətinin təmin olunmasında böyük işlər görmüşdür deyən İbrahim Cəfəri, misal kimi Ayətullah Sistaninin Əskərriyə məqbərəsinin partladılması ilə İraqda sünni-şiə müharibəsinin başlatmaq istəyənlərin planlarını camaata bəyan edərək iraqlıları vəhdətə dəvət etməsini göstərib.

Mərcəiyyətin İraqın həyatında özəl yer tutduğunu bildirən İbrahim Cəfəri Ayətullahul-Üzmalar Həkim, Xoi, Sədr və Sistaninin İraqın çiçəklənməsində xeyli xidmətlər etdiklərini diqqətə çatdırıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-454.html