|
"I Şah İsmayıl–sərkərdə və hökmdar" sərgisində Azərbaycan dövlətçiliyi ilə bağlı unikal materiallar (FOTO)AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanmaq üzrədir. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumata görə, 130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır. “Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu” bölməsində XVI-XVII əsr Azərbaycan dövlətçiliyinə aid unikal materiallar yerləşdirilib. Onların sırasında Səfəvilər dövlətinin müxtəlif bayraqlarının ucluqları böyük maraq kəsb edir. Qeyd etmək lazımdır ki, ələm, aypara, yarpaqvari və kürəvari formada olan ucluqlar ilk dəfə nümayiş olunacaq. Bölmədə I Şah İsmayılın tuğrasının (möhürünün) təsviri, dünya muzeylərində qorunan Səfəvi rəmzlərinin fotoları, eləcə də Səfəvilər dövlətində saray mərasimlərini əks etdirən Təbriz miniatürləri, həmçinin Səfəvilər dövlətinin dövlət dili və inzibati quruluşu haqqında tarixi məlumatlar verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2016 11:18 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |