|
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilibTədbirdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə xidmətləri olan bir qrup qadına Azərbaycan Prezidentinin təltiflərini təqdim edib. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumata görə,bu gün Beynəlxalq Muğam Mərkəzində "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunu səsləndirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə xidmətləri olan bir qrup qadına Azərbaycan Prezidentinin təltiflərini təqdim edib. H. Hüseynova çıxışı zamanı bildirib: "Azərbaycanda qadınlara hər zaman xüsusi münasibət olub. Ötən il keçirilmiş parlament seçkilərində qadınlar çox fəal iştirak ediblər. “Qadınlar çalışmalıdırlar ki, parlamentdə onların sayı daha da artsın. Azərbaycanda sahibkarlıqla məşğul olan qadınlar 19,4 faizdir. Qadın böyük qüvvədir. Bunu bugünkü tədbirimizdə ağbirçəklərimizin foyedə təqdim etdiyi əl işlərindən və uşaqların rəsmlərindən ibarət sərgidə də görə bilərik. Yaşlı nəslin nümayəndələri sənətləri ilə daxili güclərini nümayiş etdirirlər. Zəhmətləri ilə sübut edirlər ki, yaşından asılı olmayaraq qadının ailədə və cəmiyyətdə öz yeri var və onlara qayğı göstərmək bizim hər birimizin borcudur. Bu insanlar özlərini həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməlidirlər. Bu, çox mühüm məsələdir. Baxmayaraq ki, dövlət tərəfindən bütün həssas və risk qrupuna daxil olan vətəndaşlarımıza hərtərəfli diqqət göstərilir, onlar üçün imkanlar yaradılır. Lakin onların isti ocağa, öz övladlarının qayğısına ehtiyacları var. Biz bir daha bu sərgidə aktiv iştirak edən hər kəsə təşəkkür edirik” BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident əlaqələndirisi Ercan Murat Azərbaycanda qadınların inkişafı ilə bağlı bir sıra uğurların əldə edildiyini, bununla yanaşı, problemlərin də olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkədə hələ də erkən nikah halları müşahidə edilir. Bundan başqa, selektiv aborta qarşı mübarizə aparmalı, həmçinin ərləri tərəfindən tərk edilən qadınlar qorunmalıdırlar. Daha sonra Milli Məclisin deputatları Aqiyə Naxçıvanlı və Hadı Rəcəbli çıxış ediblər. Sonra uşaq və ailələrə dəstək mərkəzlərində çalışan qadınlara mükafatlar təqdim olunub. Tədbir konsert proqramı ilə davam etdirilib Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2016 10:59 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |